“Ukrayna üzrə təmas qrupunun Ramşteyndə yerləşən ABŞ bazasında keçirilmiş səkkizinci görüşündə Ukraynaya Almaniya istehsalı olan ağır “Leopard” tanklarının tədarükü ilə bağlı gözlənilən qərar qəbul edilməməsindən sonra ukraynalı diplomatlar Qərbdən əlavə hərbi texnikanın alınması üzərində işləyirlər”.

Bunu “Report”a hərbi ekspert, istefada olan polkovnik, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Vladislav Seleznyov deyib.

Onun sözlərinə görə, Ukraynanın bu görüşdən gözləntiləri çox böyük idi: “Amma anlamaq lazımdır ki, bu tankları tədarü etmək üçün birgə qərar qəbul edilməlidir”.

Bununla belə, ekspert vurğulayıb ki, Ramşteyn formatında 8-ci görüşün nəticələrinə görə, rəsmi Kiyevin alacağı hərbi yardım kifayət qədər böyükdür: “Zirehli texnika, raketlər və digər hərbi texnika bizə nəinki düşmənin hücumunun qarşısını effektiv şəkildə almağa, həm də əks-hücum tədbirləri həyata keçirməyə imkan verəcək”.

O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının əks-hücum əməliyatlarının aparılması üçün tələb olunan silahların miqdarını açıqladığını xatırladıb və bu məqsədlə 300 tank, 600-700 zirehli döyüş maşını və 500-ə yaxın topa ehtiyac olduğunu bildirib.

İstinadlar Report