
“Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin genişləndirilməsinə başlanılması və onun ikiqat artırılması ilə bağlı planlar həm İtaliyaya, həm də bütün Avropa İttifaqı (Aİ) ölkələrinə qaz ehtiyaclarını ödəməyə kömək edə bilər”.
Bunu “Report”a italiyalı politoloq, Geopolitica-info saytının baş analitiki Salvatore Santangelo deyib.
“İtaliya bazarında Azərbaycan təbii qazının rolu getdikcə artır. Rəsmi hesablamalara görə, Azərbaycandan Avropaya təbii qaz ixracı 2021-ci illə müqayisədə ötən il 42 % artıb. Bu, Trans-Adriatik Boru Kəməri kimi mövcud marşrutlarla nəqlin maksimum həddə çatdırılması nəticəsində əldə edilib. Hazırki həcmin ikiqat artırılması həm İtaliyaya, həm də Aİ-yə təbii qaz ehtiyaclarını ödəməyə kömək edə bilər”, – o bildirib.
Onun sözlərinə görə, İtaliyanın transkontinental neft və qaz qovşağı rolunu oynamaq imkanı olduğundan hazırkı hökumət əsas diqqətin enerji sektoruna yönəldiyi “Mattei planı”nı açıqlayıb.