Cənub Qaz Dəhlizi (SGC) enerji sabitliyinin təmin edilməsi baxımından Macarıstan üçün vacibdir.

Bunu “Report”a açıqlamasında Budapeşt Metropolitan Universitetinin elmi işlər üzrə prorektoru Laslo Vasa (László Vasa) bildirib.

Onun sözlərinə görə, Macarıstan Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükündə maraqlıdır: “Bu layihə Macarıstanın daxili tələbatını ödəmək məqsədilə enerji resursları mənbələrinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir. Macarıstan Azərbaycanla “mavi yanacağ”ın tədarükü məsələsini müzakirə edir. Lakin bizim imkanlarımız məhduddur. Odur ki, Budapeşt Avropa İttifaqını enerji infrastrukturuna daha çox sərmayə qoymağa çağırır”.

İstinadlar Report