
Neft hasilatçısı olan üç postsovet ölkəsi – Rusiya, Qazaxıstan və Azərbaycan prinsip etibarilə, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti fonunda neftin ucuzlaşması halında yarana biləcək vəziyyətə hazırdır və öz ssenariləri var.
Rusiyanın enerji məsələləri üzrə eksperti Boris Martsinkeviç belə hesab edir.
“Birincisi, rüsumlar, bir qayda olaraq, ya tətbiq edilir, ya da ləğv olunur – bu, Trampın bizneslə məşğul olma tərzidir. Bu, danışıqlardan əvvəl vəziyyətin kəskinləşməsi, tərəfdaşları danışıqlara getməyə məcbur etmək, artıq danışıqlar zamanı güzəştə getməkdir”, – ekspert bildirib.
Onun sözlərinə görə, ikincisi, hazırda iyun ayı üçün fyuçers qiymətlərində azalma davam edir.
“Hamı ABŞ və Çin arasındakı gərginliyin necə bitəcəyini gözləyir. Qiymətlər hər şeydən əvvəl bundan asılıdır. Fikrimcə, hazırda neftin ucuzlaşması üçün əsaslı səbəblər yoxdur”, – B.Martsinkeviç vurğulayıb.
Onun fikrincə, əgər ABŞ və Çin razılığa gələ bilməsə, iqtisadi fəallığın azalmasını gözləmək lazımdır ki, bu da nəqliyyat-logistika axınlarının yenidən bölüşdürülməsinə gətirib çıxaracaq. Məsələn, Çin ABŞ-dən kömür almağı dayandıracaq. Lakin belə bir vəziyyət bu boşluğu doldura biləcək Rusiya və Monqolustan üçün əlverişlidir.
Rusiyalı ekspert hesab edir ki, neft qiymətlərinin aşağı düşməsi Rusiya, Qazaxıstan və Azərbaycanın dövlət büdcələri üçün xüsusi problemlərin yaranmasına səbəb olmayacaq.