“İranda hakimiyyət daxilində parçalanma yetişir, yaxud bu, artıq baş verib. Bunu Əli Xameneinin bacısı qızı Fəridə Muradxanin həbsi sübut edir”.

Bunu Ukrayna Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov deyib.

Onun sözlərinə görə, bu fakt İrandakı vəziyyət baxımından çox vacib göstəricidir: “Xameneinin tərəfdarları iqtidara yaxın və ya hakimiyyətdə olan insanların kontinuumunun bir hissəsidir. Əlimizdə olan azsaylı xəbərlərə əsasən belə qənaətə gəlmək olar ki, hakim qrupda parçalanma yetişir və ya bu, artıq baş verib. Bu, etirazçılar və İrandakı vəziyyəti izləyənlər üçün çox mühüm siqnaldır”.

O, ölkədə kütləvi etirazların davam etdiyini xatırladıb: “Bu prosesdə elitaların parçalanması mühüm rol oynayır”.

İstinadlar Report