“Fransa rəhbərliyi erməni diasporunun girovuna çevrilib”.

Bunu “Report”a Fransada yaşayan vəkil Zaur Sadıqbəyli bildirib.

“Erməni diasporunun Fransa parlamentinin deputatları ilə sıx əlaqələri var. Onlar Ermənistanı dəstəkləməklə öz mənafelərini güdürlər”, – o deyib.

Hüquqşünas qeyd edib ki, Fransanın ermənipərəst siyasəti tarixi əsaslara söykənir: “Fransa özünün buraxdığı səhvlər ucbatında ötən əsrdən etibarən ermənilərin girovuna çevrilib”.

O, Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı qəbul etdiyi bəyanata toxunub. Sadıqbəylinin sözlərinə görə, diplomatiya dilində belə bir cavab “tam qarşılıqlılıq” adlanır, yəni Azərbaycan Fransanın bizə göstərdiyi münasibəti onun özünə qarşı nümayiş etdirdi. O bildirib ki, əvvəllər diplomatiyada bu yanaşmanı yalnız böyük dövlətlər nümayiş etdirə bilərdi.

“Fransanın bu münasibəti dövlətlər arasında ikitərəfli münasibətlərə xələl gətirir. Məhz buna görə Fransa Azərbaycan və Ermənistan arasında neytral vasitəçi qismində çıxış edə bilməz”, – vəkil əlavə edib.

İstinadlar Report