Erməni terrorizmi Cənubi Qafqazda sülh yolunda maneə olaraq qalır.

Bu barədə fransalı ekspert Maksim Quenin “Erməni terrorizminin mövcud təhlükəsinin qiymətləndirilməsi” adlı məqaləsində deyilir.

“Azərbaycanın hazır olmasına və İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın verdiyi bir sıra müsbət siqnallara baxmayaraq, Bakı ilə İrəvan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Üstəlik, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına da nail olunmayıb. Bu vəziyyətə görə məsuliyyət həm ölkə daxilində, həm də diasporda fəaliyyət göstərən erməni cəmiyyətinin ekstremist elementlərinin üzərinə düşür”, – o vurğulayıb.

İstinadlar Report