“Azərbaycanın “Laçın” sərhəd-burax

“Report” xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm deyib.

O qeyd edib ki, Azərbaycan təqsirləndirilən şəxslərin yaşını və onların səmimi tövbəsini nəzərə alıb və humanizm nümayiş etdirib ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir: “Belə bir addım Ermənistan üçün nümunə olmalıdır. Bu, müsbət gələcəyə münasibəti göstərən əsl humanist addımdır. Azərbaycanın bu cür addımları ölkələr arasında sülhə yol açır”.

Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətməklə bağlı erməni futbolçular “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərində çıxış edərək bu cinayət təqibini dayandırdı.

İstinadlar Report