Dünyada neft və qaz nəqli xəritələrinin yenidən düzənlənməsinə start verilib.

Bu sözləri “Report”a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.

Onun sözlərinə görə, bu il keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası ötən illərinkindən fərqlənib: “Çünki, Ukrayna ətrafında baş verən hadisələr, dünyada neft və qaz nəqli xəritələrinin yenidən düzənlənməsinə start verilib. Bu da enerji bazarlarının yenidən qurulması ilə nəticələnək”.

O qeyd edib ki, enerji bazarlarının yenidən qurulması Avropa və Asiya bazaralarında yeni enerji dəhlizlərinin yaranmasına gətirib çıxaracaq:

“Rusiya qazının Ukrayna üzərindən Avropa ölkələrinə tranziti məlum səbəblərdən məhdudlaşıb. Hazırda Avropaya yalnız FUDZA qaz ötürücü stansiyası vasitəsi ilə məhdud sayda qaz ötürülür. Rusiyanın “Qazprom” şirkəti ilə Avropa İttifaqının iştirakı ilə 4 il əvvəl bağlanmış qaz tranzit müqaviləsi də 2024-cü ilin yanvarında başa çatacaq. Gələn il “Qazprom” çətin ki, Ukrayna qaz nəql sistemi üzərindən hər hansısa bir tədarük edə. Bu şəraitda Avropanın qaz portfelində çox güclü disbalans yaranmış olacaq”.

Z.Vəliyev bildirib ki, şimal nəqliyyat dəhlizi öz əhəmiyyətini itirirsə, Orta nəqliyyat dəhlizinin inkişafına böyük ehtiyac var: “Bu da Azərbaycanın üzv olduğu Cənub Qaz Dəhlizidir. Azərbaycan “yaşıl enerji” üzrə artıq müəyyən təcrübəyə malikdir”.

İstinadlar Report