“BMT missiyasının Azərbaycanın Qarabağ bölgəsinə səfərindən sonra verdiyi bəyanatla tamamilə aydın olub ki, ermənilərə qarşı heç bir təqib və ya onlara qarşı Ermənistan hakimiyyəti və Qərb KİV-lərinin təkrarladığı “etnik təmizləmə” yoxdur, Qarabağı tərk edən insanlar bunu öz istəkləri ilə ediblər”.

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.

“Həqiqətən də bu, Qərbdəki erməni lobbisinin iddialarının əksinə olaraq, rəsmi Bakı tərəfindən siyasi, mədəni, eləcə də dini baxımdan təzyiqin olmadığının ən tutarlı sübutudur. Bu bəyanatla mübahisə etmək çətindir. Buna baxmayaraq, qarayaxma kampaniyası davam edir”, – o vurğulayıb.

İstinadlar Report