“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması regionda sabitlik üçün son dərəcə vacibdir”.

Bunu jurnalistlərə açıqlamasında “The European House – Ambrosetti” beyin mərkəzinin baş direktoru Luka Miralya deyib.

“Regionda sabitlik əsas məsələdir. Bilirəm ki, vəziyyət asan deyil, lakin sülh prosesinin uğurla başa çatması vacibdir. Bakı və İrəvan arasında münasibətlərin normallaşması region üçün mühüm əhəmiyyət kəsb edir”, – o bildirib.

İstinadlar Report