“Azərbaycan uğurlu inkişaf modeli nümayiş etdirir”.

Bunu jurnalistlərə Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.

“Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa edib. Bu, hərbi-siyasi proses idi. Azərbaycan bunu çox uğurla həyata keçirib”, – V.Sokor bildirib.

Ekspert Azərbaycanın Avropaya təbii qaz tədarükçüsü və tranzit ölkə kimi mühüm rolunu da vurğulayıb.