“Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Xalid Teymur Əkrəm deyib.

“Son iki ildə Azərbaycan, Türkiyə və Pakistan arasında strateji tərəfdaşlığın fəal inkişafını görürük. Bu ölkələr arasında əməkdaşlığın böyük tarixi var”, – o vurğulayıb.

Ekspert bu üç ölkənin təkcə ticarət və müdafiə sahəsində deyil, həm də turizm sahəsində əməkdaşlığı intensivləşdirəcəyinə əminliyini ifadə edib.

X.T.Əkrəm buna misal olaraq Bakı ilə Lahor və Kəraçi arasında birbaşa aviareysin açılmasını göstərib.

“Mən artıq üç dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmuşam. İlk dəfə bu ərazilərə müharibə başa çatandan sonra səfər etmişəm. İndisə yerli və Türkiyə şikətlərinin həyata keçirdiyi bərpa prosesinin şahidi oldum”, – pakistanlı ekspert bildirib.

İstinadlar Report