
Bu yaxınlarda Pekin və Bakı arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması böyük əhəmiyyət kəsb edir.
Bu barədə açıqlamasında pakistanlı politoloq Bəsim Raza məlumat verib.
Onun sözlərinə görə, Çinlə bu cür sazişlər dövlətlər, xüsusən də iqtisadiyyatı inkişaf edən ölkələr üçün faydalı olub: “Çinin canlandırmaq istədiyi İpək Yolu Azərbaycandan keçərək Avropaya uzanır. Bununla da, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Çin üçün həyati əhəmiyyət kəsb edir”
B.Razanın sözlərinə görə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü Avropa və Asiyanı əhatə edir. O, avtomobil və dəniz kommunikasiyalarının inkişafı üçün bir çox layihələrin birləşməsidir və Azərbaycan bu təşəbbüsdə strateji baxımdan əlverişli mövqe tutur: “ABŞ və Çin arasında münasibətlərin pisləşməsi Pekini iqtisadi strategiyasını aktivləşdirməyə və böyümə potensialı olan daha dinamik bazarları cəlb etməyə sövq edir. Bu baxımdan Azərbaycan Çin investisiyaları üçün böyük əhəmiyyət kəsb edir”.