Keçmiş prezident və sabiq baş nazir Milo Cukanoviç artıq prezident kimi ilk açıqlamasını verib

Çernoqoriyada ötən gün keçirilən seçkilərin ilkin nəticələrinin açıqlanmasının ardından Cukanoviç 54 faiz səs topladıqlarını elan edib. O bildirib ki, bu nəticə ölkəsinin AB yolunda ciddi adımlamaq istəyinin təsdiqidir.
Seçkilərin lideri vəd edib ki, ölkəsi yaxın 5 ildə AB üzvü olacaq.
Qeyd edək ki, seçkilərin ilkin nəticəsinə görə, Cukanoviç 57 faiz səslə liderlik edir. Onun ən yaxın rəqibi Demokratik Cəbhə, Demokratlar, Sosialst Xalq partiyalarının namizədi Mladen Boyaniç 33 faizə yaxın səs toplayıb. 3-cü yerdə isə 4 faiz səslə xanım namizəd Draqinya Vuksanoviçdir.
Hələlik, bülletenlərin yalnız 9 faizi sayılıb.
***
Bülletenlərin artıq 97,23 faizi sayılıb. Hazırkı nəticələrə görə, Cukanoviç 54,15 faiz səslə liderdir. Onun ən yaxın rəqibi Mladen Boyaniçi isə 33,24 faiz səs toplayıb.
Cukanoviçin artıq seçkinin qalibi və Çernoqoriyanın yeni prezidenti olduğu təsdiqlənib.