“Bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova bildirib.

Onun sözlərinə görə, COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik, onkoloji, xroniki qaraciyər, böyrək xəstəlikləri, həmçinin hamiləlik, südvermə, qan-damar sisteminin ağır xəstəlikləri səbəbindən verilib.  

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo