İspaniyanın “Futuro Vegetal” ekologiya təşkilatının fəalları argentinalı futbolçu Lionel Messinin İbitsa adasındakı malikanəsinin fasadına boya töküblər.
Bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki məlumatında deyilir.
“Malikanə futbolçunun hədsiz yüksək qiymətə – 11 milyon avroya aldığı qeyri-qanuni tikilidir. Əhalinin ən zəngin 1 %-i ən yoxsul əhalinin üçdə ikisi ilə eyni miqdarda karbon qazı emissiyasına görə cavabdehdir”, – “Futuro Vegetal” nümayəndələri iddia edirlər. Fəallar həmçinin malikanənin bağçasında çəkildiyi güman edilən fotoşəkillər də daxil olmaqla, bir sıra şəkillər paylaşıblar.