Gürcüstanın sabiq prezidenti Georqi Marqvelaşvilinin hərtərəfli inkişaf etdiyini onun vətənində insanların əksəriyyəti bilir.

“Sputnik Gürcüstan”ın məlumatına görə, indi bəlli olub ki, demə o həm də mahir qaynaqçı imiş…

Gürcüstanın İctimai İşləri İnstitutunun keçmiş rektoru, sabiq prezident indi əsasən, Tbilisinin 50 kilometrliyində yerləşən Duşeti qəsəbəsindəki bağ evində yaşayır.

O evinin bir hissəsini turistlərə kirayə verir. Marqvelaşvili etiraf edib ki, prezident postu ona heç bir maliyyə uğuru gətirməyib, buna görə də, Gürcüstanın istənilən başqa vətəndaşı kimi, yaşamaq üçün o da qazanmalı olur.

Gürcüstanın sabiq prezidenti evi üçün bütün mebeli və furnituru öz əlləri ilə düzəldib.

Marqvelaşvili kənd təsərrüfatı ilə məşğul olmağı da sevir. Bir neçə ildir ki, o, ardıcıl kartof əkir. Yeri gəlmişkən, kartofun toxumunu ona Belarus prezidenti Aleksandr Lukaşenko hədiyyə edib. Onun həyətində Azərbaycan prezidenti İlham Əliyevin hədiyyə etdiyi nar ağacı da var.

Oxumağa dəyər:   "Müəllimi ilk görəndə elə bildim, kiminsə bacısıdır" - Video

Bütün bunlardan əlavə, Gürcüstanın dördüncü prezidenti toxumağı da bacarır.

İstinadlar Tərcümə virtualaz