
Beynəlxalq Enerji Agentliyi (EIA) 2025-ci ildə qlobal neft hasilatının artım proqnozunu gündəlik 26 min barel – 1,24 milyon barelə qədər azaldıb, gündəlik hasilat orta hesabla 104,25 milyon barel həcmində gözlənilir.
Bu barədə agentliyin aylıq hesabatında bildirilir.
“Proqnozlara görə, qlobal neft təklifi 2025-ci ildə orta hesabla gündəlik 1,3 milyon barel artaraq 104,3 milyon barelə çatacaq, 2026-cı ildə isə əlavə 950 min barel artım olacaq – bu, tələbatın artımı üzrə müvafiq olaraq gündəlik 730 min barel və 690 min barel təşkil edən qiymətləndirmələrimizdən yüksəkdir”, – hesabatda qeyd olunub.
Ötən illə müqayisədə bu il dünyada gündəlik neft hasilatı 1,24 milyon barel artaraq 104,25 milyon barelə çatacaq.