Müasir həyatın təlaşında özümüzü həmişə xoşbəxt hiss edə bilmirik. Stress, iş həyatımızda və ya münasibətlərimizdə (ailə, dostluq və s.) yaşadığımız çətinliklər bir günün gərgin davam etməməsinə səbəb olur. Hamımız çətin dövrlərdən keçə bilərik. Belə günlərdə ümidsizliyə qapılmaq, yataqdan qalxmamaq çarə deyil. Əksinə, bir az daha çox səy göstərməklə əhvalımızı yaxşılaşdırmaq, daha yaxşı hiss etmək və həyatla yenidən əlaqə qurmaq mümkündür.
Özününzü yaxşı hiss etdirəcək üsullardan bəzilərini təqdim edir.
Təmiz havaya çıxın
Gərgin iş rejimi təmiz hava almağınıza mane olmur. Vaxt olduqca fasilə verin, çölə və ya eyvana çıxıb bir az təmiz hava alın. Əgər günəş varsa, ondan maksimum yararlanın. Gün işığı və təmiz hava əhvalınızı tez qaldırmaq üçün mükəmməl üsuldur. Bir neçə nəfəs məşqləri ilə çöldə dərindən nəfəs alaraq təmiz havadan faydalanın. Nahar fasilələrində çölə çıxın. Ətrafınızda ağac varsa, yaşıllığın rahatlaşdırıcı gücündən yararlanın, bir sözlə, təbiətlə əlaqə saxlayın.
Əhvalınızı yüksəldəcək bir pleylist yaradın
Musiqinin əhvalınıza təsiri inanılmazdır. Musiqi pleylistinizdə bəzi dəyişikliklər edin. Sizi depressiyaya salan mahnılar yerinə, musiqinin ritminə daxil olmağa kömək edəcək mahnıları dinləyin. Yeni pleylist hazırlamaqda çətinlik çəkməmək üçün sevdiyiniz sənətçilərin şən ifalarına qulaq asın.
Qucaqlaşmaq…
Ətrafınızdakı insanlara sevgi ötürün. Onları qucaqlayın, xoş söz deyin. Bu, təhlükəsizlik hissini artırır, narahatlığınızı, təklik hissinizi azaldır və əhvalınızı tez bir zamanda yaxşılaşdırır. Ailənizi, uşağınızı, dostlarınızı və ya ev heyvanınızı qucaqlayaraq həm öz əhvalınızı, həm də onların əhvalını yüksəldə bilərsiniz.
Dəyişikliklərə açıq olun
Qəhvənizi bu gün başqa bir yerdən alın və ya işə gedərkən heç vaxt getmədiyiniz yolu seçin. Heç gözləmədiyiniz gözəl kəşflər edə bilərsiniz və ya gedəcəyiniz yolda qarşılaşa biləcəyiniz xoş təsadüflər işinizə olan sevgininizi artıra bilər.
Layihələr və planlar yaradın
Sizi xoşbəxt edəcək kiçik layihələr yaradın. Mütaliə edərək yeni işlər ortaya qoymağa çalışın. Uzun müddətdir təxirə saldığınız qarderobunuzu toparlamağa başlayın və heç geyinmədiyiniz paltarları ehtiyacı olanlara hədiyyə edin. Özünüz üçün baxım günü təşkil edin. Bütün bunlar sizə xoşbəxtlik bəxş edəcək.