
Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, o, ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb.
Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib.
Xəbəri rus dilində oxuyun: 33-летняя женщина скончалась после родов
***
Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat fevralın 22-si məhkəməyə daxil olub. Təqdimata Xətai rayon Məhkəməsində baxılacaq.
Məhkəmənin qərarına əsasən barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.
***
Əhməd Əhmədovun tibbi ekspertizadan keçirilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilib. Hazırda həmin təqdimata baxılır.
Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.