Azərbaycanda əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 18223 cinayət faktı qeydə alınıb.

Bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 22,1 faiz çoxdur.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 32 bənd artaraq 179 olub. Onların 61,4 faizi az ağır, 22,6 faizi böyük ictimai təhlükə törətməyən, 16,0 faizi ağır və xüsusilə ağır cinayətlərə
aiddir.

İstinadlar Report