TÜRKPA çərçivəsində Milli Məclisin hazırladığı “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi yaxın günlərdə müvafiq komissiyanın iclasında müzakirə olunacaq.
Bu barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, layihə üzv dövlətlərin əhalisinin, xüsusən də böyüyən nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinə öz töhfəsini verəcək.