2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 748,9 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.  Bildirilir ki, bu da 2019-cu illə müqayisədə 140,5 faiz çoxdur.

Qeyd edək ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçıların xərclədiyi vəsaitin 1,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf edilib.

İstinadlar Qafqazinfo