Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakıda tullantılar üçün konteynerlər quraşdırılıb
“Əhali müraciət edir ki, bizi sellofon torbalardan azad edin” – ETSN rəsmisi
Regionlarda da konteynerlərin quraşdırılması ilə bağlı ETSN tərəfindən icra hakimiyyətlərinə müraciət olunub”.
Bu məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev nazirlikdə keçirilən tədbirdə deyib.
Nazirliyin ətraf mühitin mühafizəsi sektorunun müdiri Adil Zeynalov isə bildirib ki, ETSN tərəfindən parklarda qoyulan konteynerlər maariflənmə xarakteri də daşıyır. Rayonlarda daha böyük qabların yerləşdirilməsi nəzərdə tutulur. Çalışırıq ki, tullantıların müəssisələr tərəfindən götürülərək emal edilməsinə nail olaq. Əhalinin əksəriyyəti də bizə müraciət edir ki, bizi bu tullantılardan, sellofon torbalardan azad edin”.
Tədbirdə məlumat verilib ki, rayonlarda quraşdırılacaq qabların sayı rayonlar üzrə 1, ya 2 olacaq. Bu qabların tutumu 200 kq-dır. Yasamal rayonunda 5 nöqtədə bu konteynerlər quraşdırılıb.
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar Lent