Bu günə qədər Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib. Növbəti iclaslar barədə hələ ki heç bir məlumat yoxdur.

Bu barədə Komissiyanın üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.
R.Məcid deyib ki, müraciətlər daxil olmaqda davam edir:
“Komissiya və Katiblik gərgin olaraq çalışır. Ötən açıqlamamda dediyim kimi, sərəncamın prezident tərəfindən mayda veriləcəyi güman edilir. Təbii ki, vaxtın müəyyən edilməsi ölkə rəhbəinin səlahiyyətlərinə daxildir”.
Komissiya üzvü deyib ki, sərəncamın bir az gec imzalanmasına səbəb müracitələrin həddindən çox olmasıdır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a bildirib ki, onların hazıladığı siyahı da Komissiyaya təqdim olunub:
“Əfv Komissiyası da bununla bağlı işlərini davam etdirir. Əminəm ki, bu il Azərbaycanda “siyasi məhbus” məsələsinə son qoyulacaq”.
Sərəncamın imzalanmasının gecikməsi məsələsinə gəlincə, hüquq müdafiəçisi bunları deyib:
“Əfv sərəncamınnın Novruz bayramından əvvəl və ya sonra imzalanacağını dəqiq deyə bilmərəm. Bunun ən dəqiqini prezident bilir. Və lazım olan vaxtda da sərəncamı imzalayacaq. Bir sıra tanınmış məhbusların çoxu əfv olunması ilə bağlı müraciət edib. Ərizə yazamasalar da biz İlqar Məmmədovun, Əli İnsanovun adını siyahımıza salmışıq. O cümlədən, siyahıda jurnaslitlər, gənc fəallar da var”.

İstinadlar modern.az