Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, eləcə də Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah Moskva formatında məsləhətləşmələrə dəvət olunub.

Oktyabrın 20-də keçirilməsi planlaşdırılan Əfqanıstanla bağlı danışıqlarda Abdullah Kərzai ilə yanaşı, habelə “Taliban” nümayəndələri iştirak edəcək.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova gələn həftə “Taliban” heyətinin Moskvaya gələcəyini bildirib.

Daha sonra “Taliban” tərəfindən Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü təyin olunan Əbdül Qahar Balxi tviterdə Moskvaya gedəcək nümayəndə heyətinə Əfqanıstanın müvəqqəti hökuməti sədrinin müavini Mövlavi Abdul Salam Hənəfinin rəhbərlik edəcəyini qeyd edib.

İstinadlar Report