
Əfqanıstanın şimal-şərqindəki Qor və Faryab əyalətlərində daşqınlar nəticəsində azı 68 nəfər ölüb.
Bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.
Qor vilayətinin qubernatorunun nümayəndəsi Əbdül Vahid Həmas bildirib ki, daşqınlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 50 nəfər həlak olub, itkin düşənlər var. Onun sözlərinə görə, təbii fəlakət böyük maddi ziyana səbəb olub, 2 minə yaxın ev dağılıb.
Çağçaran şəhərinin sakinlərindən biri “TOLOnews”a deyib ki, daşqınlar səbəbindən insanlar içməli su quyularından istifadə edə bilmirlər.