Əfqanıstanın paytaxtı Kabildə Prezident sarayı və Almaniya ilə İranın səfirlikləri yanında baş verən güclü partlayış nəticəsində İran səfiri də yaralanıb

“İran səfiri Momammat Reda Bərhami yaralanıb, səfirliyin binası ciddi zədə alıb”, – nəşr İran qəzetindən sitat gətirib. Qeyd edilir ki, qalan diplomatlar və səfirliyin başqa əməkdaşları “salamatdır”.
Onu da qeyd edək ki, son məlumatlara görə, partlayış nəticəsində 90 nəfər həlak olub və 350-dən çox insan xəsarət alıb.
* * *
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.
Partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və Prezident sarayı yaxınlığında baş verib.
Partlayış o qədər qüvvətli olub ki, bir neçə yüz metr məsafədə yerləşən evlərə belə ziyan vurub.
Şəhərin mərkəzi meydanı polis tərəfindən mühasirəyə alınıb.
Partlayış nəticəsində 80 nəfər həlak olub, 350-dən çox insan yaralanıb.
Bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
İlkin məlumatlara görə, partlayıcı qurğu diplomatik bölgədə insanların sıx olduğu zaman işə salınıb. Partlayış Almaniya səfirliyinin yaxınlığında olsa da, ondan Hindistan və Yaponiya səfirliklərinin binaları da ziyan görüb.