Əfqanıstanın Qəndəhar vilayətində Türkiyə Maarif Vəqfinin orta məktəbinin direktor müavini mayın 14-də baş verən hücum nəticəsində öldürülüb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Əfqanıstanda təhsilə mühüm töhfələr vermiş Türkiyə Maarif Vəqfi Məktəbinin rəsmisinə edilən bu mənfur hücumu şiddətlə qınayır və təqsirkarların qısa zamanda müəyyən edilərək ədalət qarşısında cavab verəcəyinə ümid edirik.

İstinadlar Report