Əfqanıstanın şərqindəki Nəngərhar vilayətində toy mərasimində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qubernatorun nümayəndəsi Attaula Koqyani bildirib ki, hadisə Paçir Va Aqam rayonunda baş verib.

Partlayışın hansı səbəbdən meydana gəldiyi hələ müəyyənləşdirilməyib.

İstinadlar Report