Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup “Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9 hərbçi həlak olub.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənəvar kəndində 7 nəfər talibançının törətdiyi hadisə zamanı 23 hərbçi ölüb və hücum edənlər onların silahlarını götürüb hadisə yerindən uzaqlaşıblar.

“Taliban” hərəkatı baş verən hadisənin məsuliyyətini üzərinə götürüb.

İstinadlar Report