
Əfqanıstanın şimalındakı Cövzcan vilayətinin Akça mahalında “Taliban” silahlılarının avtomobili partlayıb.
Hadisə radikalların Bəlx vilayətinin Çarbolak mahalından minalar və partlayıcı maddələr daşıdığı zaman baş verib.
Hadisə nəticəsində 15 silahlı, 2 dinc sakin ölüb, 14 nəfər isə yaralanıb. Onlar arasında həm radikal qruplaşma üzvləri, həm də dinc sakinlər var.