Əfqanıstanın qərbində yerləşən Herat əyalətinin Gülran rayonunun mərkəzinə “Taliban” qruplaşması üzvlərinin hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı ölüb, 16-sı yaralanıb.

Bunu Gülran Rayon Polis İdarəsinin mətbuat katibi Abdul Əhəd Vəlizadə bildirib.

Onun sözlərinə görə, “Taliban” silahlıları Heratın mərkəzini ələ keçirməyə çalışıb. Atışma iyunun 25-dən 26-sı səhərədək davam edib. Terrorçuların niyyəti baş tutmayıb.

Abdul Əhəd Vəlizadə bildirib ki, yaralananlar arasında Gülran Rayon Polis İdarəsinin rəisi də var.

İstinadlar Report