“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın cənubundakı Zabul əyalətində polis bölməsinə hücum ediblər.

Zabulun Regional Şurasının rəhbəri Ata Can Xakbayan jurnalistlərə bildirib ki, hadisə Kalat şəhərində qeydə alınıb. Hücum zamanı üç polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb.

Xakbayanın sözlərinə görə, hücumdan sonra atışma baş verib. Silahlı toqquşma zamanı “talibançılar” da itki veriblər.

İstinadlar Report