Əfqanıstanda “Taliban” rəhbərliyinə qarşı ölkənin şimalındakı Fəryab vilayətinin inzibati mərkəzi olan Meymen şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

Bu barədə yerli “Peşqo” agentliyi məlumat yayıb.

Etirazlara səbəb “Taliban” tərəfindən Məzari-Şərif şəhərində səhra komandiri, etnik özbək olan Mahdum Alamın həbsi olub. Bununla əlaqədar olaraq özbək icmasının nümayəndələri küçələrə çıxaraq Alamın dərhal azad edilməsini tələb ediblər.

İstinadlar Report