Əfqanıstanda son 24 saatda “Taliban” qruplaşmasının 438 silahlısı ölüb və yaralanıb.

Məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, iyulun 24-də hökumət qüvvələri ilə döyüşdə “Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb.

Məlumata görə, qruplaşmanın basdırdığı 21 mina aşkarlanıb.

İstinadlar Report