Əfqanıstanın paytaxtı Kabildə iki hakim qadın öldürülüb.

Bu barədə yerli “1TV News” telekanalı bildirib.

Məlumata görə, hadisə Taymani ərazisində olub. Motosikldə olan silahlılar qadın hakimləri güllələyiblər.

Qeyd edilir ki, silahlılar hakimlərin olduğu avtomobilə atəş açıblar. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.

İstinadlar Report