Əfqanıstanda öz gələcəklərindən narahat olan məktəblilər müvəqqəti hökuməti orta məktəbləri açmağa çağırıblar.

Bu barədə şagirdlər narahatlıqlarını “TOLOnews”a bildiriblər.

Qeyd edilib ki, hakimiyyət çevrilişindən bir ay keçməsinə baxmayaraq, ölkədə orta məktəblər (7-ci sinifdən yuxarı) hələ də bağlıdır.

Müvəqqəti hökumət orta məktəblərin tezliklə açılacağını vəd etsə də, sonradan verilən vədə əməl olunmayıb.

Hazırda Əfqanıstanda ibtidai məktəblər fəaliyyət göstərir.

Bildirilib ki, əvvəllər şagirdlər COVID-19-a görə məktəbə getmirdilər. İndi isə “Taliban” yeni siyasi-ideoloji baxışlarına uyğun tədris proqramı formalaşdıranadək məktəbləri bağlayıb.

Əfqanıstan Təhsli Nazirliyinin keçmiş müşaviri Pərviz Xəlilinin sözlərinə görə, hazırda 9 milyon şagirdin 70 faizi məktəbə getmir.

İstinadlar Report