Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəninin keçirdiyi seçkiqabağı mitinqdə törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.

Hücum Parvan əyalətinin Cəngəlbağ rayonunda törədilib.

Hələlik heç bir silahlı qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Qeyd edək ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkisi keçiriləcək.