Əfqanıstan Milli Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə noyabrın 14-nə təyin etdikləri açıqlamanı bir daha təxirə salıb.

Komissiyadan belə bir qərarın 8 min seçki məntəqəsində səslərin hesablanmasını əngəlləyən gərginlik”lə bağlı verildiyini bildiriblər.

Komissiyanın sözçüsü Əziz Əhməd İbrahimi bildirib ki, səslərin yenidən hesablanması namizədlərin şikayətlərini araşdırmaq üçün dayandırılmışdı.

Qeyd edək ki, sentyabrın 28-də keçirilən prezident seçkilərinin ilkin nəticələri oktyabrın 19-da, yekun nəticələri də namizədlərin bütün şikayətləri araşdırıldıqdan sonra – noyabrın 7-də açıqlanacaqdı. Sonra ilkin nəticələrin açıqlanması noyabrın 14-nə təyin edildi.