Əfqanıstanın şimalında, Məzari-Şərif şəhərində polis bölməsi qarşısında yük maşınına quraşdırılan partlayıcının işə salınması nəticəsində azı 3 nəfər yaralanıb.
Məlumatı yerli “Khaama Press” agentliyi yayıb.
Əfqanıstanda “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin komandanlığının Bəlx əyaləti üzrə nümayəndəsi də partlayışda yaralanaraq hospitala yerləşdirilib .