Əfqanıstanın qərbindəki Herat əyalətində minalanmış avtomobilin partladılması nəticəsində üç polis əməkdaşı həlak olub.

Bu barədə jurnalistlərə əyalətin qubernatoru Sayed Vahid Katali bildirib.

Onun sözlərinə görə, “Taliban” hərəkatının silahlıları həmçinin Zinda-Canın rayonunda da polis bölməsinə hücüm ediblər.

“Bir gün əvvəl axşamı döyüşçülər Çişti, Obe, Gülran, rayonlarına silahlı hücum etdilər”, – qubernator bildirib.

İstinadlar Report