Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində törədilmiş partlayış nəticəsində azı 29 nəfər həlak olub, daha 72 insan yaralanıb.

Telekanalın məlumatlarında bildirilir ki, hadisə tədris mərkəzinin yanında olub. İlkin informasiyaya görə, hücum kamikadze tərəfindən edilib.

“Al Arabiya” telekanalı isə öz növbəsində bildirib ki, partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

İstinadlar Report