Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış törədilib.

Bu barədə “TOLOnews” telekanalı bildirib.

Partlayış şəhərin şimalında məscidlərdən birində olub. Partlayıcı qurğunu kamikadze işə salıb. Hadisə nəticəsində məscidin imamı həlak olub, daha üç insan yaralanıb. Yaralıların hamısı xəstəxanalara çatdırılıb.

İstinadlar Report