Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində bomba partladılıb.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, iyunun 3-də səhər saatlarında əyalətin Arqistan rayonunda yolda mülki avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində 9 dinc sakin ölüb, 5-i yaralanıb.

Partlayışı “Taliban” hərəkatı üzvlərinin törətdiyi ehtimal edilsə də, onlar hələlik hadisəni şərh etməyiblər.

İstinadlar Report