Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlının İnformasiya və Texnologiyalar Nazirliyinə hücumu zamanı azı 10 nəfər həlak olub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən “Ariana” telekanalı bildirib.

Həlak olanlar arasında 7 dinc sakin də var. Onlardan 2-i qadındır.

Hücum zamanı habelə təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da öldürülüb.

Daha əvvəl hücum zamanı 2 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilirdi.

İstinadlar Report