Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlayışı nəticəsində beş azyaşlı ölüb.

Bu barədə “Aamaj News” məlumat yayıb.

Regionun İnformasiya və Mədəniyyət İdarəsi rəisinin sözlərinə görə, hadisə vilayətin mərkəzi rayonlarından birində – Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.

İstinadlar Report