Əfqanıstanın şimalında mikroavtobusun dərəyə çırpılması nəticəsində 12 qadın və 8 uşaq olmaqla 24 nəfər həlak olub.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Sarı-Pul əyalətində qeydə alınıb.

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

İstinadlar Report