Əfqanıstanın paytaxtı Kabildə günorta saatlarında məsciddə baş vermiş partlayışda ölən və yaralananların sayı açıqlanıb.
Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.
Partlayış məsciddə namaz vaxtı baş verib.